Modern.az

BMU tələbələri beynəlxalq olimpiadada II oldular

BMU tələbələri beynəlxalq olimpiadada II oldular

Aktual

29 Noyabr 2024, 13:08

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.

Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edib və  II yerin sahibi olublar.

Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü