AXCP sədri Əli Kərimli ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi bir az əvvəl qərar çıxarıb.
Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.
Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.