Modern.az

Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət edilməyəcək - RƏSMİ

Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət edilməyəcək - RƏSMİ

Aktual

2 Dekabr 2024, 16:36

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, əgər MSK-ya özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ