Modern.az

AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında memorandum imzalandı

AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında memorandum imzalandı

Aktual

2 Dekabr 2024, 15:42

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Modern.az xəbər verir ki, məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək.

Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkil ediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdə tutulur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir