Modern.az

Sumqayıtda axtarış-xilasetmə işləri başa çatdı - YENİLƏNİB

Sumqayıtda axtarış-xilasetmə işləri başa çatdı - YENİLƏNİB

Aktual

3 Dekabr 2024, 11:31

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bununla bağlı Modern.az-a FHN-dən məlumat verilib.

Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.

***

10:14

Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir.

Modern.az-ın məlumatına görə, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev jurnalistlərə açıqlamasında deyib.

"Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç nəfər xəsarət alanın çıxarılıb təhvil verilməsi təmin edilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir", - o qeyd edib.

Xatırladaq ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!