Modern.az

Bu “iPhone”lərdə vatsap işləməyəcək

Bu “iPhone”lərdə vatsap işləməyəcək

Aktual

4 Dekabr 2024, 08:52

Vatsap messenceri köhnə model “iPhone” modellərində işləməyi dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu haqda “Phone Arena” məlumat yayıb.

 

Belə ki, messencerdən istifadə etmək üçün “iOS 15.1” və ya daha yüksək versiya tələb olunacaq.

 

Bu isə o deməkdir ki, “iPhone 5s”, “iPhone 6” və “6 Plus” sahibləri artıq vatsapdan istifadə edə bilməyəcəklər, çünki onların cihazları iOS-un yeni versiyalarını dəstəkləmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?