Modern.az

Xameneinin müavini Moskvaya gedib

Xameneinin müavini Moskvaya gedib

Aktual

4 Dekabr 2024, 12:20

İran İslam Respublikasının ali rəhbəri ayətullah Xameneinin ofisinin beynəlxalq məsələlər üzrə müavini ayətullah Muhsin Kumi Moskvaya gedib.

Modern.az xəbər verir ki, ayətullah Muhsin Kumi və onu müşayiət edən nümayəndə heyəti artıq  Moskvadadır.

Ayətullah Kumini Rusiyada İranın Moskvadakı səfiri Kazım Celali qarşılayıb.

Ayətullah Kumi Moskvada Rusiyanın bəzi dini liderləri və bu ölkədə yaşayan iranlı tələbələrlə görüşəcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?