ATƏT Nazirlər Şurası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan KİV-ə bildirib.
Xatırladaq ki, dekabrın 4-dən 5-dək Maltada ATƏT Nazirlər Şurasının 31-ci iclası keçirləcək. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edir.
Nazirlərin Maltada ikitərəfli görüşləri də planlaşdırılır.