Modern.az

Sabah bu rayonda qaz olmayacaq 

Sabah bu rayonda qaz olmayacaq 

Aktual

4 Dekabr 2024, 20:43

Dekabrın 5-də Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, məhdudiyyət 76 millimetr və 89 millimetr borular korroziyaya uğradığı üçün görülən təmir işləri ilə əlaqədardır.

 

Belə ki, rayonun Ərəzin, Camaldın, Qızılca, Əbrəqunus, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Qazançı, Boyəhməd kəndlərində qaz təchizatında saat 09:30-dan saat 13:00-dək müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ