Modern.az

Bayden Afrika liderlərilə görüşdə YATDI + VİDEO

Bayden Afrika liderlərilə görüşdə YATDI + VİDEO

5 Dekabr 2024, 08:59

ABŞ prezidenti Co Bayden Afrika liderləri ilə dünənki görüş zamanı gözlərini bir dəqiqədən çox yumaraq yuxuya gedib.


Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
 

82 yaşlı ABŞ prezidenti Anqola prezidenti ilə Zambiya və Konqo Demokratik Respublikasından olan həmkarlarının iştirak etdiyi Anqola sammitində yorğun görünüb və boğuq danışıb. Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı isə Bayden gözlərini yumub və üzünü əli ilə örtərək yuxuya getmiş kimi görünüb. Sonra o, yenidən gözlərini açaraq oyanıb. Bayden adətən tərcümə üçün istifadə edilən qulaqcıq taxsa da, həmin vaxt paneldəki hər kəs ingilis dilində danışıb.

Hadisə Baydenin 2021-ci ildə vəzifəyə gəldikdən sonra Afrikaya ilk ikitərəfli səfəri olan Anqolaya üç günlük səfərinin son günündə baş verib.

Bayden son bir il ərzində bir neçə beynəlxalq tədbirdə yuxuya getməkdə günahlandırılıb, dünya səhnəsində yaşına və boşboğazlığına görə tənqid edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü