Modern.az

Tramp Baydenin həbs etdiyi müşaviri vəzifəyə gətirir

Tramp Baydenin həbs etdiyi müşaviri vəzifəyə gətirir

Aktual

5 Dekabr 2024, 09:22

ABŞ-ın Konqres binasına hücumla bağlı həbs cəzasını çəkən Ağ Evin keçmiş müşaviri Piter Navarro Donald Trampın ikinci administrasiyasında işə qayıdacaq.

Modern.az xəbər verir ki, Tramp özünün “Truth" sosial şəbəkəsində bildirib ki, onun ilk prezidentliyi dövründə ticarət müşaviri kimi çalışmış Navarro yeni dönəmdə ticarət və istehsal üzrə baş məsləhətçi olacaq.

Tramp yazıb ki, bu mövqe “Piterə Ağ Evdəki geniş təcrübəsindən, eləcə də siyasi təhlil və media əlaqələri sahəsində geniş bacarıqlarından istifadə etməyə imkan verir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ