Modern.az

Nazir həmkarı ilə görüşdü

Nazir həmkarı ilə görüşdü

5 Dekabr 2024, 20:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.

 

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

 

Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi