Modern.az

Bu komissiyaların səlahiyyəti ARTACAQ

Bu komissiyaların səlahiyyəti ARTACAQ

Aktual

6 Dekabr 2024, 14:05

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların daha bir səlahiyyəti olacaq.

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini də həyata keçirəcək.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi