Modern.az

Nazirliyin kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Nazirliyin kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

6 Dekabr 2024, 16:30

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Modern.az xəbər verir ki, ziyarət iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Daha sonra nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Sizə yeni x var
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!