Modern.az

Azərbaycan-Türkiyə parlamentlərinin ictimai diplomatiyada rolu

Azərbaycan-Türkiyə parlamentlərinin ictimai diplomatiyada rolu

Aktual

7 Dekabr 2024, 17:07

Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə deputatlar, akademiklər, beynəlxalq ekspertlər və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov və Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay çıxış ediblər.

Dəyirmi masa panel müzakirələrlə davam edir. Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki rolu, ortaq layihələrin həyata keçirilməsi, regional və qlobal çağırışlara birgə cavab vermək məqsədilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin artırılması istiqamətində məsələlər müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum