Modern.az

Yağıntılı hava bu tarixədək davam edəcək

Yağıntılı hava bu tarixədək davam edəcək

Aktual

9 Dekabr 2024, 08:30

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. 

 

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Modern.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir. 

 

"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir