Modern.az

Su Ehtiyatları Agentliyinin nümayəndələri Türkiyədə - FOTOLAR

Su Ehtiyatları Agentliyinin nümayəndələri Türkiyədə - FOTOLAR

Aktual

9 Dekabr 2024, 10:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov, Elnur Nəsirov suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti işlərinin təkmilləşdirilməsi məqsədilə Türkiyəyə səfər çərçivəsində Dövlət Su Təsərrüfatı İdarəsinin baş direktoru Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.

Bu barədə Modern.az-a ADSEA-dan bildirilib.

Görüşlərdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib və suallar cavablandırılıb.

Görüşlərdə o da xüsusi olaraq vurğulanıb ki, hər iki ölkənin bu sahə üzrə təcrübə mübadiləsinin aparılması intensivləşdirilsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir