Modern.az

Fransa səfirindən Azərbaycana qarşı yeni TƏXRİBAT

Fransa səfirindən Azərbaycana qarşı yeni TƏXRİBAT

Aktual

9 Dekabr 2024, 12:19

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlib.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının məlumatında bildirilib.

"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirib.

Səfirə missiyanın işi barədə məlumat verilib.

“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın açıqlamasında deyilir.

Qeyd edək ki, Olivye Dekotini bundan əvvəl də Ermənistan-Azərbaycan sərhədinə gələrək, Azərbaycan ərazilərini müşahidə etməklə təxribata əl atıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?