Modern.az

UNEC ilə Google Developer Groups tərəfdaş oldu

UNEC ilə Google Developer Groups tərəfdaş oldu

Aktual

10 Dekabr 2024, 12:42

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC İnnovativ Gənclər Təşkilatı “Google Developer Groups” (GDU) ilə tərəfdaş olub.

Modern.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində UNEC tələbələri GDG Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək, eləcə də, texnoloji yeniliklər və trendlər barədə biliklərini artırmaq imkanı əldə edəcəklər.

Həmçinin “Google”un proqramçılar və texnologiya həvəskarları üçün təşkil etdiyi qlobal şəbəkə ilə əməkdaşlıq tələbələrə mühüm beynəlxalq layihələrdə iştirak etmək, komanda işində təcrübə qazanmaq və innovativ həllər üzərində işləmək şansı verəcək, onlara qlobal texnologiya icmaları ilə tanış olmaq fürsəti yaradacaq.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi