Modern.az

Narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

Narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

Aktual

10 Dekabr 2024, 14:20

Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün “saxla” işarəsi verilib.Nəqliyyat vasitəsini idarə edən rayon sakini M.Şirinovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

M.Şirinov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sonuncunun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək