Modern.az

Azərbaycanda kimlər silah ala biləcək? - VİDEO

Azərbaycanda kimlər silah ala biləcək? - VİDEO

Aktual

11 Dekabr 2024, 00:27

Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.

Modern.az "Xəzər TV"yə istinadən xəbər verir ki, 18 yaşı tamam olmuş şəxslər artıq onlayn şəkildə müraciət edərək ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları əldə edə biləcək.

Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.

Ekspertlər isə deyir ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki cinayətkarlıq artacaq. Əksinə yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.

Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə, onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış