Modern.az

Kəlbəcərli məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiyası ediblər - FOTO

Kəlbəcərli məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiyası ediblər - FOTO

Aktual

13 Dekabr 2024, 11:20

YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə  Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Kəlbəcər rayon sektorunun 14 saylı tam orta məktəbinin şagirdlərinin Ulu öndər Heydər Əliyevin vəffatının 21 -ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Ziyarət zamanı şagirdlərə Mərkəzlə bağlı geniş məlumat verilib.

Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum