Modern.az

Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqlədi

Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqlədi

Aktual

13 Dekabr 2024, 13:04

ABŞ prezidenti Co Bayden Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

“Prezident Ukraynaya təhlükəsizlik üzrə yeni yardım paketini təsdiqləyib".

Kirbi izah edib ki, 72-ci hərbi yardım paketi havadan müdafiə sistemləri, pilotsuz təyyarələr, artilleriya və zirehli texnikalardan ibarət olacaq.

Ağ Evin nümayəndəsi əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti bitənə qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza