Modern.az

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilir - Yeni marşrut xətti istifadəyə verilir

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilir - Yeni marşrut xətti istifadəyə verilir

Aktual

13 Dekabr 2024, 16:02

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 15 dekabr tarixindən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

AYNA-dan Modern.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.

Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza