Modern.az

Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

13 Dekabr 2024, 16:23

Azərbaycanda 2025-cü il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndələri təsdiqlənib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 13-də keçirilən iclasında qərar qəbul olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatı əsasında Ədalət, Hüquq, Demokratiya (ƏHD), Milli Cəbhə (AMCP), Milli Dirçəliş Hərəkatı (MDHP), Ana Vətən (AVP) və Böyük Azərbaycan (BAP) partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım