Modern.az

Muxtar Babayev Qırğızıstan səfiri ilə görşüb

Muxtar Babayev Qırğızıstan səfiri ilə görşüb

13 Dekabr 2024, 17:55

Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri müzakirə edilib.

Eyni zamanda, COP29 Prezidentliyi qismində növbəti bir il ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, qlobal və regional təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum