Modern.az

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq - Diqqət!

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq - Diqqət!

14 Dekabr 2024, 15:41

Milli Hidrometeorologiya Xidməti dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən. Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü