Modern.az

Ölkədə yağıntılar bu tarixdən dayanacaq - Proqnoz

Ölkədə yağıntılar bu tarixdən dayanacaq - Proqnoz

Aktual

14 Dekabr 2024, 16:43

Dekabrın 13-ü saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan küləyin sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə saniyədə 8-13, bəzi yerlərdə isə 15-20 metrədək zəifləyib.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi