Modern.az

Bakıda avtoxuliqanlıq: sürücü həbs edildi - Anbaan GÖRÜNTÜLƏR

Bakıda avtoxuliqanlıq: sürücü həbs edildi - Anbaan GÖRÜNTÜLƏR

Aktual

16 Dekabr 2024, 09:16

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza