Modern.az

Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlandı

Aktual

16 Dekabr 2024, 15:50

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.12.2024 - 15.12.2024) açıqlanıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 612 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 772 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza