Modern.az

3 qurumun lisenziyası ləğv olundu

3 qurumun lisenziyası ləğv olundu

Aktual

16 Dekabr 2024, 16:48

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Abbas Kredit İttifaqı", "Amin Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı" MMC-lərin lisenziyası ləğv olunub.

Modern.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.

Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ