Modern.az

Nikahların sayı azalıb - 18 minə yaxın boşanma olub

Nikahların sayı azalıb - 18 minə yaxın boşanma olub

Aktual

17 Dekabr 2024, 14:30

Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım