Modern.az

Jurnalist Əziz Orucovun məhkəməsinin vaxtı AÇIQLANDI

Jurnalist Əziz Orucovun məhkəməsinin vaxtı AÇIQLANDI

Aktual

18 Dekabr 2024, 09:20

“Kanal 13”ün həbsdə olan direktoru Əziz Orucovun məhkəməsi başlayır.

Modern.az bu barədə "Elektron Məhkəmə Sistemi"ndən əldə edib.

Cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

İş hakim Günel Səmədovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 25 dekabr saat 10:10-a təyin olunub.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi üzrə ittiham irəli sürülüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza