Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birbaşa canlı yayıma və jurnalistlərlə böyük mətbuat konfransına başlayıb.
Modern.az xəbər verir ki, Moskva vaxtı ilə saat 12:11-də Qonaq Evində “Vladimir Putinlə ilin nəticələri” adlı birgə tədbir başlayıb.
Müzakirəyə Birinci Kanalın hərbi müxbiri Dmitri Kulko və jurnalist Aleksandra Suvorova moderatorluq edir.
Zalda Rusiyanın federal və regional kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici jurnalistlər iştirak edirlər.
Bu il "qaynar xətt"ə 1 milyondan çox sual daxil olub. Onların arasında mənzil, kommunal xidmətlər, qazlaşdırma və yanacağın qiymətinin artımı ilə bağlı suallar var.