Modern.az

Hərbçimiz İngiltərədə təltif edildi - FOTO

Hərbçimiz İngiltərədə təltif edildi - FOTO

Aktual

19 Dekabr 2024, 22:26

Dünyanın bir çox qabaqcıl hərbi akademiyalarında təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük nailiyyətlərə imza atmağa davam edirlər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, beynəlxalq hərbi təcrübənin mənimsənilməsi, peşəkar kadr heyətinin bilik və bacarıqlarının daha təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçularımız inkişaf etmiş ölkələrin müasir təhsil müəssisələrində müxtəlif kurslara cəlb olunurlar.

 

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.

 

Hərbi qulluqçumuz təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım