Modern.az

Bakıda iranlı narkotik tədarükçüsü tutuldu: əməliyyat GÖRÜNTÜLƏRİ

Bakıda iranlı narkotik tədarükçüsü tutuldu: əməliyyat GÖRÜNTÜLƏRİ

Aktual

20 Dekabr 2024, 17:14

Bakıda polis əməliyyat keçirib, iranlı narkotik tədarükçüsü tutulub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü İran vətəndaşı Rahmat Jabraeılnezhad paytaxtda saxlanılıb.

Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

R.Jabraeılnezhad aşkar olunan narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini və ayrı-ayrı yerlərə çatdırıb maddi qazanc məqsədi ilə əldə etdiyini bildirib.
Məlumata görə, o, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.

Fakta görə cinayət işi başlanılıb, şübhəli şəxs həbs edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım