Modern.az

Lerikdə qanunsuz ov edən şəxs saxlanıldı

Lerikdə qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

21 Dekabr 2024, 17:24

Lerik rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Modern.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində A.Vəliyevin rayonun Xanagah kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.

Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu