Modern.az

Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş

Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş

Aktual

21 Dekabr 2024, 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (TSN) növbəti dəfə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə ölkədə liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan şəxslərin dəstəklənməsi baxımından müsabiqənin əhəmiyyəti vurğulanıb.

Həmçinin mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.

Eyni zamanda, ölkədə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və nəticələri ilə bağll fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsinin qalibi Ə.Qurbanzadə birlikdə həyata keçiriləcək proqramın onun fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu