Modern.az

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Aktual

23 Dekabr 2024, 14:43

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın Suraxanı, Sabunçu, Xətai rayonlarında, həmçinin Saatlı, Samux, Şabran və Qəbələdə keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu