Modern.az

Nəvələri İlham Əliyevi belə təbrik etdi

Nəvələri İlham Əliyevi belə təbrik etdi

Aktual

24 Dekabr 2024, 13:44

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Modern.az xəbər verir ki, nəvələri Əli Ağalarov və Mikayıl Ağalarov dövlət başçısını təbrik ediblər. 

Əli və Mikayıl babaları ilə birlikdə görüntüləndikləri fotoları sosial şəbəkə hesablarında paylaşaraq, “Ad günün mübarək”, - sözlərini yazıblar. 

Qeyd edək ki, Əli və Mikayıl Prezidentin kiçik qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın övladlarıdır. 

1405629

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu