Modern.az

Məhkəmə Saakaşvili ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Saakaşvili ilə bağlı QƏRAR VERDİ

Aktual

24 Dekabr 2024, 14:00

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.

Modern.az APA-ya istinadən məlumat verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.

O, sübutların tədqiqinin başa çatdırıldığını, ona görə də həbs qətimkan tədbirinin tətbiqi üçün əsas qalmadığını bildirib. Lakin, dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. Prokurorun sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi müəyyən təhdidlərlə əlaqədardır və bu yalnız sübutların məhv edilməsi ilə bağlı deyil.


Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.

Xatırladaq ki, sabiq Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu