Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, təbrikində M.Qutseriyev qeyd edib ki, İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.
****
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Prezident İlham Əliyevi təbrik edib.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz həyatınızı bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etmisiniz. Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb.
Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusən də neft-qaz sektorunda əməkdaşlığın inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Əminəm ki, biz Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə azərbaycanlı tərəfdaşlarımızla birgə layihələr üzərində konstruktiv işi davam etdirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".