Modern.az

Azərbaycanın COP-29 komandası ağacəkmə aksiyasında

Azərbaycanın COP-29 komandası ağacəkmə aksiyasında

Aktual

24 Dekabr 2024, 12:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Bu barədə Modern.az-a ETSN-dən məlumat verilb.

Qeyd edilib ki, ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bildirilib ki, artıq bir neçə ildir ölkədə davam edən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmininə və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu