İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qliboçko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin taleyiniz doğma ölkəniz Azərbaycan ilə qırılmaz şəkildə bağlıdır. Siz həyatınızı bütünlüklə xalqa və respublikanın siyasi maraqlarına xidmət işinə həsr edirsiniz.
Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Seçenov Universiteti arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir. Seçenov Universitetinin ilk xarici filialı olan Bakı filialı 2025-ci ildə 10 illik yubileyini qeyd edəcək. Yubileyi birgə nailiyyətlərlə qarşılayırıq və beynəlxalq layihələr həyata keçiririk.
Əməkdaşlığımızın bəlkə də ən dəyərli bəhrəsi artıq Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən və ölkə vətəndaşlarının rifahı üçün çalışan gənc mütəxəssislərdir.
Sizə cansağlığı, doğma ölkənizin rifahı naminə fəaliyyətinizdə daim güc və ruh yüksəkliyi, bütün işlərinizdə uğurlar arzulayıram".
****
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.
Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.
Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.
Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətiniz dövrümüzün ən böyük dövlət, siyasi və beynəlxalq xadimi kimi yüksək istedadınızı üzə çıxarıb. Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq şəkildə həyata keçirilməsi Sizə ölkədə və onun hüdudlarından çox-çox kənarda böyük hörmət, etimad və layiqli nüfuz qazandırıb.
Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən çətin vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığı, çoxmillətli Azərbaycan vətəndaşlarının mənafeyinə uyğun sosial siyasətin uğurla həyata keçirilməsi Sizin beynəlxalq aləmdə hörmətinizi, nüfuzunuzu daha da artırıb.
Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni-yeni uğurlar, firavanlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.
****
Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram".
***
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik:
Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuram.
Bu əlamətdar gün Sizin uzaqgörən liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, firavanlığına daimi sadiqliyinizi qeyd etmək üçün gözəl fürsətdir. Zati-alinizin dayanıqlı inkişafın təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün göstərdiyi fədakarlıq istər Azərbaycanda, istərsə də dünya miqyasında böyük heyranlıq doğurmuşdur.
ICESCO Azərbaycanla möhkəm tərəfdaşlığı, həmçinin İslam dünyasında və onun hüdudlarından kənarda təhsil, elm və mədəniyyəti inkişaf etdirmək üçün ortaq missiyamıza verdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Uca Allah Sizə daha böyük nailiyyətlər və gözəl xalqınıza davamlı rifah nəsib etsin!
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
***
Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar:
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan Respublikası Sizin çoxillik rəhbərliyinizlə iqtisadi artım və sosial inkişaf yolu ilə inamla addımlayır.
Rusiyanın Rostov vilayəti Azərbaycanla dostluğu yüksək qiymətləndirir və qurulmuş əlaqələri gələcəkdə də inkişaf etdirmək niyyətindədir.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq diləyir və ən xoş arzularımı çatdırıram.
***
Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç:
Hörmətli cənab Prezident, əziz dost.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Böyük çağırışlara baxmayaraq, dünya 2025-ci ilin başlanmasını qarşıda daha parlaq günlərin olacağı ümidi ilə gözləyir. Azərbaycan öz potensialı, iqtisadiyyatı, mədəniyyəti və digər xalqlarla paylaşdığı ortaq dəyərləri ilə hər kəs üçün imkanların və uğurların olduğu dünya qurmağa töhfə verir. Dövlətin qarşısında duran əsas vəzifələri səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromislər tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.
Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Şadam ki, Sizə dost deyə müraciət edə və ünsiyyət qura bilirəm.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram.
***
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy:
Möhtərəm cənab Prezident.
Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
Sizə və yaxınlarınıza sülh, rifah və müvəffəqiyyətlər diləyirəm.