Modern.az

Dələduzluqda şübhəli bilinən şəxslər SAXLANILDI

Dələduzluqda şübhəli bilinən şəxslər SAXLANILDI

25 Dekabr 2024, 10:26

Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxsləri saxlayıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir kİ, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 24000 manatını, digər şəxsin isə 12000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıblar.

 

Sumqayıt şəhərində isə bir nəfərin 5500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI