Modern.az

Ərdoğan Gürcüstanın yeni prezidentini təbrik edib

Ərdoğan Gürcüstanın yeni prezidentini təbrik edib

25 Dekabr 2024, 12:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mixail Kavelaşvilini Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edib və Gürcüstan dövlətinin yeni başçısı dövründə iki ölkə arasında sıx və dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-nin məlumatında bildirilib.

 “Hörmətli seçilmiş Prezident, yaxın mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərimiz olan Gürcüstanın Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi öz adımdan və xalqım adından səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifəni yerinə yetirməkdə sizə uğurlar arzulayıram”, - Ərdoğanın məktubda deyilir.

Türkiyə dövlət başçısı əmin olduğunu bildirib ki, iki ölkə arasında sıx əməkdaşlıq Kavelaşvili vəzifəyə gəldikdən sonra da davam etdiriləcək.

Mixeil Kavelaşvili dekabrın 14-də Gürcüstanın prezidenti seçilib. O, seçki kollegiyasından 224 səs toplayıb. İnauqurasiya dekabrın 29-da baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu