AZAL Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıb.
Modern.az Azərbaycan Hava Yollarının (AZAL) Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, vətəndaşlar (+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.
***
12^38
Qazaxıstan FHN AZAL təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb.
Modern.az-ın məlumatına görə, həlak olanların və xəsarət alanların yaxınları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
87172-55-96-21
8-7292-31-90-91
Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.
İlkin məlumata görə, 25 nəfər sağ çıxıb.