Modern.az

Gürcüstan Azərbaycana başsağlığı verdi

Gürcüstan Azərbaycana başsağlığı verdi

Aktual

25 Dekabr 2024, 13:40

Gürcüstan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Modern.az xəbər verir ki, qurumun bəyanatında Azərbaycanla həmrəylik ifadə olunub.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həlak olmasını eşitməyimiz bizi dərin kədərləndirdi. Biz Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə qurumun X platformasında paylaşımında qeyd edilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu