Modern.az

Xocalıda teleqüllə inşa ediləcək

Xocalıda teleqüllə inşa ediləcək

Aktual

26 Dekabr 2024, 07:48

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.

 

Modern.az xəbər verir ki, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.

 

İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

 

Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. (Trend)

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu