Modern.az

Qəzada həlak olan azərbaycanlıların ailələrinə MƏLUMAT VERİLİB

Qəzada həlak olan azərbaycanlıların ailələrinə MƏLUMAT VERİLİB

Aktual

26 Dekabr 2024, 10:30

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qazaxıstan tərəfi bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

Modern.az-ın xəbərinə görə, təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının hamısının ailələrinə məlumat verilib.

İdentifikasiya işləri tamamlandıqdan sonra həlak olan şəxslərin cənazələri Bakıya gətiriləcək və aidiyyatı üzrə təhvil veriləcək.

Həlak olan sərnişinlərin yaşadıqları ərazidə dəfn ediləcəkləri bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur